Avropa Məhkəməsi məcburi köçkünlərin şikayəti üzrə qərar çıxarıb

Azərbaycan və Ermənistan hökumətləri təzminat ödəməlidirlər

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Azərbaycan və Ermənistan hökumətləri təzminat ödəməlidirlər

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası dekabrın 12-də “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar çıxarıb.

Bu barədə məlumat AİHM-nin saytına

yerləşdirilib.

Qərarda bildirilir ki, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 min 642 funt-sterlinq ödəniş etməlidir.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.

İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940).

Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də erməni hərbi birləşmələrinin rayonu işğal etməsi nəticəsində zorla evlərindən qovulub. Onlar bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hökuməti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib.

Avropa İnsan Haqları Məhkəməsi həmçinin “Sarqisyan və Azərbaycan” işi üzrə də yekun qərarını elan edib.

Azərbaycanın Gülüstan kəndində yaşamış və 1992-ci ildə Dağlıq Qarabağ müharibəsindən sonra Yerevana köçmüş Minas Sarqisyan barəsində məhkəmənin qərarında bildirilir ki, Azərbaycan hökuməti şikayətçinin pozulmuş hüquqları üzrə şikayətçiyə 5 min avro və hüquqi xərclər üçün 30 min avro məbləğində kompensasiya ödəməlidir. AİHM hesab edir ki, Minas Sarqisyanın öz yaşadığı yerə qayıtmaq hüququ və mülkiyyət hüququ pozulub.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi məcburi köçkünlərin şikayəti üzrə qərar çıxarıb