Şikayət 2011-ci il aprelin 2-də müxalifətin etiraz aksiyası zamanı ”Demokrat” qəzetinin redaktoru ilə pis rəftara görə verilib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist, Müsavat Partiyasının fəalı Mustafa Hacıbəylinin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsilə (işgəncələrə qadağa) zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb.
Bu barədə Mustafa Hacıbəylinin vəkili Əsabəli Mustafayev məlumat yayıb.
Avropa Məhkəməsi Mustafa Hacıbəyliyə 10 min avro həcmində kompensasiyanın və 3 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsi barədə qərar çıxarıb.
Şikayət 2011-ci il aprelin 2-də müxalifətin etiraz aksiyası zamanı “Demokrat” qəzetinin redaktoru ilə pis rəftara görə verilib.
M.Hacıbəyli dinc aksiyanın dağıdılması zamanı saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və orada qeyri-insani rəftara məruz qalıb.