Avropa Məhkəməsi hökuməti 30 min avro cərimələdi

İyunun 2-də Avropa İnsan Haqları Məhkəməsi Arif və Leyla Yunuslar haqda qərarını elan edib

Source:


İyunun 2-də Avropa İnsan Haqları Məhkəməsi Arif və Leyla Yunuslar haqda qərarını elan edib

Bu barədə vəkil Cavad Cavadov öz Facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın üçüncü maddəsinin pozuntusunu müəyyən edib, Leyla və Arif Yunusların hər birinə 13000 avro kompensasiya, 4000 avro isə digər xərclərin tutulması barədə qərar qəbul edib.

Cavad Cavadov əlavə edib ki, şikayət ərizəçilərin həbsdə olduqları vaxt lazımi tibbi müdaxilənin edilməməsi, saxlanma şərati və s. qanun pozuntuları ilə bağlı olub.

Ötən ilin iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabr ayında səhhətində yaranmış problemlə bağlı olaraq A.Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsin sonuncu iclasda L.Yunusun cəzasını dəyişib. O, beş il müddətinə şərti cəza təyin edilərək azadlığa buraxılıb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi hökuməti 30 min avro cərimələdi