AİHM hesab edib ki, M.Sakitin işinə baxan məhkəmələr onun ədalətli məhkəmə araşdırma hüququnu adəti üzrə tapdalayıb
Noyabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi mühacirətdə yaşayan satirik-şair Mirzə Sakitin narkotika işi ilə bağlı qərarını açıqlayıb. Avropa Məhkəməsinin saytı bu barədə məlumat yayıb.
M.Sakit 2006-da narkotiklə “yaxalanıb” həbs olunmuş, 3 il sonra amnistiya ilə azadlığa buraxılmışdı.
AİHM hesab edib ki, M.Sakitin işinə baxan məhkəmələr onun ədalətli məhkəmə araşdırma hüququnu adəti üzrə tapdalayıblar. Hökümət M.Sakitə maddi-mənəvi zərərə görə EUR 9,000 + EUR 3,048 ödəməlidir.