Avropa Məhkəməsi: Hökumət müxalifətçiyə 7500 manat ödəməlidir

Yaqub Babalı: “Mənim qələbəmdə hüquqşünas İntiqam Əliyevin böyük xidməti olub. Ona təşəkkürlərimi çatdırıram”

Source:


Yaqub Babalı: “Mənim qələbəmdə hüquqşünas İntiqam Əliyevin böyük xidməti olub. Ona təşəkkürlərimi çatdırıram”

Avropa İnsan Haqları Məhkəməsi KXCP sədrinin müavini Yaqub Babalının xeyrinə qərar çıxarıb. Bu barədə Azadlıq Radiosuna açıqlama verən sədr müavini qərarın surətini fevralın 17-də aldığını deyib.

KXCP funksionerinin şikayəti 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olarkən hüquqlarının pozulması ilə bağlı olub.

Yaqub Babalı 87 saylı Ağsu-İsmayıllı DSK-dan namizəd olub. Sabiq namizəd bildirib ki, Avropa Məhkəməsi həmin dairədə keçirilən seçkilərin saxtalaşdırılması barədə qərar çıxarıb. “Bundan əlavə məhkəmənin qərarı ilə Azərbaycan hakimiyyəti dəymiş ziyana görə, mənə 7500 avro ödəməlidir”,-deyə o söyləyib.

“Azərbaycan hakimiyyəti seçkini saxtalaşdıraraq mənim hüququmu pozmuşdu. Bununla bağlı yerli məhkəmələrə müraciət etdim. Ancaq şikayətimə ədalətli baxılmadı. Bundan sonra Avropa Məhkəməsinə müraciət etməyə məcbur oldum. Ötən ilin axırlarında Azərbaycan hakimiyyəti ilə barışmaqla bağlı məhkəmədən təklif göndərmişdilər. Bu təklifi qəbul etmədim. Bundan bir müddət sonra mənim xeyrimə qərar çıxarılıb. Mənim qələbəmdə hüquqşünas İntiqam Əliyevin böyük xidməti olub. Ona təşəkkürlərimi çatdırıram”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi: Hökumət müxalifətçiyə 7500 manat ödəməlidir