Avropa Məhkəməsi Elşad Abdullayevin şikayətinə baxacaq

Şikayət onun itkin düşən qardaşı Mahir Abdullayevlə bağlıdır

Source:


Şikayət onun itkin düşən qardaşı Mahir Abdullayevlə bağlıdır

Avropa İnsan Haqları Məhkəməsi E.Abdullayevin şikayət üzrə araşdırmalara başlayıb. Şikayət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş elan edilmiş qardaşı Mahir Abdullayevlə bağlıdır. Şikayətçi hazırda Avropada mühacirətdə olan Elşad Abdullayevdir. Bu haqda məlumat AİHM-in saytında yer alıb.

Mahir Abdullayev

Avropa Məhkəməsinə göndərilmiş şikayətdə bidlirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin işçisi olan Mahir Abdullayev 2003-cü ildən itkin düşüb. Ondan bir müddət xəbər çıxmadığından E.Abdullayev Yasamal rayon Polis İdarəsinə müraciət etməli olub. Bir az daha zaman keçdikdən sonra polis onun müraciəti əsasında araşdırma aparmaqdan imtina olunması haqqında qərar qəbul edib. Ancaq bir müddət sonra Bakı Şəhər Prokurorluğu M.Abdullayevin itkin düşməsi ilə bağlı adam oğurluğuna görə, cinayət başladıb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Elşad Abdullayevin şikayətinə baxacaq