Avropa Məhkəməsi dindarların xeyrinə qərar qəbul edib

Hökumət “İslam-İttihad” ictimai birliyinə mənəvi zərərə görə 4000 avro və məsrəflərin qarşılanması üçün 2 min avro kompensasiya ödəməlidir

Source:


Hökumət “İslam-İttihad” ictimai birliyinə mənəvi zərərə görə 4000 avro və məsrəflərin qarşılanması üçün 2 min avro kompensasiya ödəməlidir

Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb.

Məhkəmənin noyabrın 13-də yaydığı press-relizdə deyilib ki, “İslam-İttihad” ictimai birliyinin üzvləri Azər Səmədov və İlqar Allahverdiyev birliyin qanunsuz bağlanması şikayəti ilə məhkəməyə müraciət ediblər.

Qərarda iddiaçıların Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin nəzərdə tutduğu sərbəst toplaşma hüququnun pozulduğu bildirilir.

Bundan əlavə, yetirilən mənəvi zərərə görə 4000 avro və məsrəflərin qarşılanması üçün 2 min avro məbləğində kompensasiya ödənilməlidir.

Birlik o zaman maarifçi-xeyriyyəçi səciyyəli bir QHT idi. Daha sonra Birliyin fəaliyyəti ölkənin Ədliyyə Nazirliyinin müraciəti əsasında 2003-cü ildə rayon məhkəməsinin qərarı ilə dayandırılıb. Məhkəmə Ədliyyə Nazirliyindən daxil olan 3 xəbərdarlığı əsas gətirərək, birliyin qanunsuz dini fəaliyyətlə məşğul olduğunu əsas gətirib (TuranİA).

Ana səhifəXəbərlərAvropa Məhkəməsi dindarların xeyrinə qərar qəbul edib