Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar verib

”Yenə müxalifətçi, yenə ona qarşı pozuntu, yenə hökumətin cərimələnməsi”

Source:


”Yenə müxalifətçi, yenə ona qarşı pozuntu, yenə hökumətin cərimələnməsi”

Sentyabrın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını elan edib. Məlumatı hüquqşünas Xalid Ağəliyev yayıb.

“Yenə müxalifətçi, yenə ona qarşı pozuntu, yenə hökumətin cərimələnməsi ilə bitən qərardır. Şikayətçi müxalifət təmsilçisi Tural Hacıbəylidir. Onu 2011-ci ilin martında müxalifətin dinc aksiyasında saxlayıblar. Səbail Məhkəməsi gənci məlum ittihamla (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə məhəl qoymama) inzibati həbsə göndərib. Yuxarı məhkəmələr də rayon məhkəməsinin qərarını təbii ki, haqlı çıxarıb. Yekunda Avropa Məhkəməsinə şikayət edilib”.

Hüquqşünas bildirir ki, Tural Hacıbəyliyə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 11 (Sərbəst toplaşmaq azadlığı) və 13-cü (Səmərəli müdafiə vasitələri) maddələrdə nəzərdə tutulan hüquqların pozuntusunun tanınması, dəymiş zərərin kompensasiya edilməsi istənilib:

“Məhkəmə şikayəti təmin edib. AİHM qərarına görə, dövlət T.Hacıbəylinin azadlıq, ədalətli məhkəmə araşdırması və sərbəst toplaşmaq hüququnu pozub. Qərara görə, hökumət T.Hacıbəyliyə 10 min 500 avro (8 min Ərizəçiyə dəymiş mənəvi zərərə, 2 min 500 avro isə hüquq məsrəfləri) ödəməlidir”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar verib