”Aydın Şükürovun azad seçki hüququnun pozuntusu faktı tanınıb”
Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı daha bir seçki şikayəti üzrə qərarını elan edib.
Bu barədə məlumatı vəkil Əsabəli Mustafayev yayıb. Bildirib ki, qərara görə ərizəçi Aydın Şükürovun azad seçki hüququnun pozuntusu faktı tanınıb:
“Ərizəçinin nümayəndəsi hörmətli İntiqam Əliyevdir. Mənəvi zərərə görə kompensasiyanın məbləği 10 000, hüquqi yardıma görə 1000 avrodur”.