Avropa Məhkəməsi Azərbaycanla bağlı bir neçə qərarını açıqladı

Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə etmişdi – jurnalistlər söyülmüş, qolları burulmuş, çəkiliş aparmaları əngəllənmiş, foto və video alətləri əllərindən alınmışdı.

Foto: Avropa Məhkəməsi


"Jurnalistlər döyülüb, fəaliyyətlərinə müdaxilə edilib…"

İyulun 8-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha bir neçə qərarını elan edib.

Məhkəmə həmin qərarlarla 3 jurnalistə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, bu qərarlardan biri jurnalist İdrak Abbasovla bağlıdır.

Qərara görə, məhkəmə hökumətin üzərinə İdrak Abbasova 5500 avro təzminat ödənilməsi öhdəliyi qoyub: “Bundan əlavə, Elnur Məmmədova 7 min, mərhum jurnalist Ə.Həsənovun ailəsinə 1700 avro təzminat ödəməlidir”.

Hüquqşünas bildirir ki, adları çəkilən jurnalistlərdən ikisi informasiya toplayarkən polis zorakılığına məruz qalıb: “Digər jurnalist isə Cinayət Məcəlləsinin təhqirə görə məsuliyyət nəzərdə tutan maddəsi ilə azadlıqdan məhrum edilmişdi”.

Beləliklə, AİHM “Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı” qərarında ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini – azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarının pozulmasına qərar

verib

.

Elnur Məmmədova münasibətdə Konvensiyanın 5 və 10-cu, İdrak Abbasova münasibətdə isə 10-cu maddələrinin pozuntusunu tanıyıb.

Qərara əsasən, hökumət Elnur Məmmədova 6 min, İdrak Abbasova isə 4500 avro mənəvi zərərəvəzi təzminat ödəməlidir. Eyni zamanda, xərc və məsrəflərə görə ərizəçilərin hər birinə 1000 avro verilməlidir.

AİHM bu işdə jurnalist olan ərizəçilərin azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasına qərar verib.

Qərar qəti olduqdan sonra hökumət Elnur Məmmədov və İdrak Abbasova bu vəsaiti ödəməlidir. Digər iş isə 2009-cu ildə baş vermis olaylarla bağlıdır.

Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olan ərizəçilər “Milli Yol” qəzetinin ofisində həyata keçirilən polis əməliyyatından bilgi toplamağa yollanmışdılar.

Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə etmişdi – jurnalistlər söyülmüş, qolları burulmuş, çəkiliş aparmaları əngəllənmiş, foto və video alətləri əllərindən alınmışdı.

Ərizəçilərdən Məmmədov zorla avtomobilə mindirilmiş və 1 saatlıq “gəzintidən” sonra tanımadığı bir ərazidə sərbəst buraxılmışdı.

Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.

“Əli Həsənov Azərbaycana qarşı” işdə isə AİHM Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı hüququ) pozulduğuna qərar verib. Hökumət ərizəçiyə ümumilikdə 1700 avro təzminat ödəməlidir.

Bu iş də ifadə azadlığı hüququnun mübahisələndirilməsi ilə əlaqəliydi. Ərizəçi jurnalist, qəzet redaktoru idi. Müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə, məhkum edilmiş ərizəçi mübahisəli məqalələrin müəllifi olmadığını iddia etsə də yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasına qərar vermişdi.

Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilmişdi.

“Solmaz Salmanova Azərbaycana qarşı” işlə bağlı isə AİHM işin qəbuledilməz olmasına qərar verib.

Məhkəmə işi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pzountusu iddiaları ilə bağlıydı.

Ərizəçiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzil verilmiş, ancaq ev məcburi köçkünlər tərəfindən zəbt edilmişdi.

Yerli məhkəmələr ərizəçinin mənzilə yerləşməsinin evi zəbt etmiş köçkünlər öz yurd-yuvalarına (Xocalı) qayıdana qədər ertələmişdi.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycanla bağlı bir neçə qərarını açıqladı