”Avropa Məhkəməsi Azərbaycanın seçki qanunvericiliyinin demokratikliyini tərifləməyib”

Bəşir Süleymanlı: “Belə bir açıqlamaya rast gəlməmişəm”

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Bəşir Süleymanlı: “Belə bir açıqlamaya rast gəlməmişəm”

“Azərbaycanda seçki idarəetmə peşəkarlığı yüksək səviyyədə qalıb. Bunu ötən illər ərzində keçirilən seçkilərin nəticəsinə əsasən demək olar”.

Bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın daimi nümayəndəsi Çingiz Əsgərov seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda çıxışı zamanı deyib.

O hesab edir ki, ölkədə artıq seçki mədəniyyəti artıb və seçki mühiti zənginləşib. C.Əsgərov qeyd edib ki, uydurma və əsassız şikayətlər isə demək olar ki, verilmir, şikayətlər əsasən texniki səhvlərə görə olur.

“Əminəm ki, aprel ayında keçiriləcək prezident seçkiləri yüksək səviyyədə və demokratik prinsiplərə uyğun qaydada baş tutacaq. Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsindəki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir”.

Hafiz Həsənov
Hafiz Həsənov

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov Meydan TV-yə deyib ki, Avropa Məhkəməsi seçkilərlə bağlı qərarlarında Azərbaycanın seçki qanunvericiliyi haqda bir sıra tövsiyələr irəli sürüb.

“Konkret olaraq Azərbaycanda seçki qanunvericiliyinin demokratikliyinin etirafı barədə məlumatım yoxdur. Məsələ ondadır ki, Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının ən çox icra olunan hissəsində pozuntular olub. Amma qərarların təsvir hissəsində xeyli təkliflər irəli sürüb və təhil ediblər. Hələ ki, Azərbaycanın seçki qanunvericiliyində Avropa Məhkəməsinin tövsiyələrinə uyğun ciddi dəyişikliklər görməmişəm”.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Seçki məsələləri üzrə ekspert Bəşir Süleymanlı Avropa Məhkəməsinin Çingiz Əsgərovun səsləndirdiyi açıqlamasına rast gəlmədiyini deyib:

“Eyni zamanda, Venesiya Komissiyasının və digər beynəlxalq qurumlardan belə etiraf edici açıqlamalarına rast gəlməmişəm”.

Bəşir Süleymanlı bildirib ki, Avropa Məhkəməsinin seçki şikayətləri haqda qərarlarında seçki qanunvericiliyini göstərən fakt yoxdur.

“Hətta belə faktlar var ki, 2005 və 2010-cu il parlament seçkilərinin müxtəlif dairələri üzrə müxtəlif şikayətlər haqda qərarlar çıxıb. Hakimiyyət də bununla bağlı öhdəlikləri qismən icra edib, yəni maddi tərəfini ödəyib. Amma qanunvericilikdə dəyişiklik və seçki komissiyaları barədə tədbir görülməyib. Bu isə doğru yanaşma deyil, əgər maddi tələb yerinə yetirilibsə, deməli, hakimiyyət qərarla razılaşır. Sadəcə, qərarlar yarımçıq yerinə yetirilib”.

Ana səhifəXəbərlər”Avropa Məhkəməsi Azərbaycanın seçki qanunvericiliyinin demokratikliyini tərifləməyib”