Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilovla bağlı qərar açıqlanıb
Noyabrın 5-də Avropa İnsan Haqqları Məhkəməsi Azərbaycanla bağlı ("Həziyev və başqaları Azərbaycana qarşı") daha bir qərarını elan
edib
.
Jurnalist Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilov məhkəməyə müraciət edərək ayrı-ayrı vaxtlarda işgəncəyə məruz qalmaları ilə bağlı şikayət vermişdilər.
Məhkəmə hesab edib ki, 3 və 5-ci Ərizəçi Konvensiyanın 3-cü maddəsinin substantiv əsasları üzrə, bütün ərizəçilərin həmin maddənin prosedural əsası üzrə hüquqları, 2-ci ərizəçiyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsi pozulub.
Məhkəmə mənəvi zərərə görə 3 və 5-ci ərizəçiyə 12000 avro, 2-ci ərizəçiyə 9750 avro, 2 və 4-cü ərizəçiyə 7500 avro təyin edib.
Bundan əlavə, məhkəmə xərclərinə görə 1-ci ərizəçiyə 3000 avro, digərlərinə 2000 avronun ödənilməsini müəyyən edilib.
Ərizəçilərdən Seymur Həzi və Məmməd Əzizovun nümayəndəsi Fariz Namazlı olub.
Vəkil bildirir ki, bu iş üzrə qərar bu il ərzində apardığı 6 iş üzrə sayca pozuntu tanınan 4-cü qərardır.
Jurnalist Seymur Həzi və aktivist Məmməd Əzizovun şikayəti həbsdə işgəncəyə məruz qalmaları ilə bağlı olub.