Avropa Məhkəməsi Azərbaycanı 78 min avro cərimələdi

”Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000, hüquqi xidmətə görə 6000 avro ayrılıb”

Source:


”Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000, hüquqi xidmətə görə 6000 avro ayrılıb”

Noyabrın 24-də Avropa Məhkəməsi İlham Hüseyn, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərarını elan edib.

Vəkil Əsabəli Mustafayev “Facebook”da yazıb ki, qərara əsasən bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə hüquqlarının pozuntusu tanınıb:

“Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000, hüquqi xidmətə görə 6000 avro vəsait ayrılıb. Cəmi 78000 avro edir”.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycanı 78 min avro cərimələdi