Avropa Məhkəməsi Azərbaycanı 271 min avro cərimələdi

Vəkil: 22 iş azad seçki hüququnun pozuntusudur

Source:


Vəkil: 22 iş azad seçki hüququnun pozuntusudur

Aprelin 13-də Avropa İnsan Haqları Məhkəməsi 2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun və 2010-cu il parlament seçkiləri ilə bağlı Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib.

Rövşaniyyə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Kompensasiya: mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro.

Bu barədə vəkil Əsabəli Mustafayev Meydan TV-yə danışıb.

Vəkil deyib ki, 22 iş azad seçki hüququnun pozuntusudur:

Əsabəli Mustafayev

“Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib. Bu 23 iş üzrə kompensasiyaların cəmi 271 000 avro təşkil edir”.

Vəkil 22 şikayətçinin adını açıqlayıb. Bunlar Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, İkram İsrafil, Divan üzvü Arzu Səmədbəyli, Milli Srateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, gənc fəal Bəxtiyar Hacıyev, AXCP funksionerləri Gözəl Bayramlı, İlham Hüseynli, Nemət Əliyev, Xalq Partiyasının sədri Pənah Hüseyn, onun  müavini Qiyas Sadıqov, Ümid Partiyasının üzvü Salman İmanlı, vəkil Aslan İsmayılov, jurnalist Leyla Mustafayeva, o cümlədən, siyasi fəallar Soltanhəmid Məlikov, Nəriman Yəhyayev və Sitarə Zeynalova, Sahib Kərimov, Yaqub Babalar və Adil Qeybulladır.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycanı 271 min avro cərimələdi