Avropa Məhkəməsi Azərbaycana qarşı 22 şikayəti təmin edib

Əsabəli Mustafayev: “Udduğumuz işlərin sayı 132 oldu”

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Əsabəli Mustafayev: “Udduğumuz işlərin sayı 132 oldu”

Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 12-də Azərbaycana qarşı 22 iş üzrə qərarlarını elan edib və şikayətlər təmin olunub.

Həmin işlərdən 17-də müdafiəçi vəkil Əsabəli Mustafayev olub.

Vəkil Meydan TV-yə bildirib ki, qərar çıxarılan işlərin hamısı mülküyyət hüququnun müdafiəsi ilə bağlıdır, əsasən Bakı və Sumqayıtı əhatə edir. Onlar ictimaiyyət üçün tanınmış simalar deyil:

“Avropa Məhkəməsinə göndərdiyim 370 şikayətin ən azı yarısında ərizəçilər heç bir siyasi və ictimai fəaliyyətlə məşğul olmurlar. İndiyə qədər udduğumuz işlərin də əksəriyyəti adi mülkü və ya cinayət işləridir. Bununla da Avropa Məhkəməsində udduğumuz işlərin sayı 132 oldu”.

Əsabəli Mustafayev deyib ki, maddi ziyan 10 min manat, mənəvi ziyan isə 3 min manat civarındadır.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycana qarşı 22 şikayəti təmin edib