Jurnalist Aqil Xəlilin işi ilə əlaqədar Avropa İnsan Haqqları Məhkəməsi bu gün qərarını açıqlayıb. Bu barədə Aqil Xəlilin hüquqlarını müdafiə edən vəkili Rəşid Hacılı şəxsi Facebook hesabında yazlb: “Avropa Məhkəməsi nəhayət məhşur Aqil Xəlil işi üzrə qəti qərarını elan etdi. Azərbaycan Hökuməti Aqil Xəlilə qarşı bütün hüquq pozuntularını etiraf etdi, bunlarla bağlı araşdırma aparacağını vəd etdi və 28.000 avro kompensasiya verəcəyini bəyan etdi”.
Xatırladaq ki, jurnalist AİHM-ə şikayətlərində qeyd edirdi ki, ölkə məhkəmələri jurnalistin şikayətləri üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş yaşamaq (maddə 2), işgəncələrin qadağan olunması (maddə 3), azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6), şəxsi həyata hörmət (maddə 8), ifadə azadlığı (maddə 10), səmərəli hüquqi müdafiə vasitələri (maddə 13), hərəkət etmək azadlığı (4 Saylı Protokolun 2-ci maddəsi) hüquqlarını pozublar.