Avropa Məhkəməsi 13 nəfərin şikayəti üzrə kommunikasiyaya başlayıb

Şikayətçilər arasında Meydan TV-nin əməkdaşı da var

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Şikayətçilər arasında Meydan TV-nin əməkdaşı da var

Avropa İnsan Hüquqları Məhkəməsi bir qrup şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı verilən şikayət üzrə kommunikasiya başlayıb.

Bu barədə məlumatı vəkil Fariz Namazlı yayıb.

Şikayəti araşdırılan şəxslər bunlardır: Adil Dadaşov, Rövşən Əhmədli, Tural Hacıbəyli, Xatirə Quliyeva, Zaur Məmmədov, Xalid Qarayev, Razim Rzayev, Elçin Qasımov, Şirin Abbasov, İsmayıl Rəsulov, Ruslan Qarayev, Amid Süleymanov, Samir Həsənov.

Adıçəkilən şəxslərdən biri – Şirin Abbasov Meydan TV-nin əməkdaşıdır. O, 2015-ci il sentyabrın 16-da küçədə naməlum şəxslər tərəfindən zorla maşına mindirilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel” kimi tanınır – red.) aparıldığını deyir. 30 sutka həbs cəzası alan gənc jurnalist idarədə işgəncə və təzyiqlərə məruz qaldığını bildirir.

Hazırda Şirin Abbasov Avropada siyasi mühacir həyatı yaşayır.

Avropa Məhkəməsi Avropa Konvensiyasının 5.1 (azadlıq hüququ), 6.1 (ədalətli məhkəmə araşdırılması hüququ), bəzilərininsə 3 (işgəncəyə məruz qalmamaq), 7 (qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 8.1., 8.2 (ölkədən çıxışa icazə verilməməsinə görə şəxsi həyata hörmət hüququ), 10 (ifadə azadlığı), Konvensiyaya 7 saylı protokolun 4-cü maddəsi (2 dəfə mühakimə edilməmək hüququ), 18 (hüquqların Konvensiyadan kənar məqsədlər üçün məhdudlaşdırılması) maddələrinin pozuntusu ilə bağlı hökumətə suallar göndərib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi 13 nəfərin şikayəti üzrə kommunikasiyaya başlayıb