Avropa Məhkəməsi 13 iş üzrə qərarlarını elan etdi

”Kompensasiya 11000-12000 avro təşkil edir”

Source:


”Kompensasiya 11000-12000 avro təşkil edir”

İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il parlament seçkiləriylə bağlı şikayət edənlər haqda qərarını elan edib.

Bu barədə vəkil Əsabəli Mustafayev öz Facebook səhifəsində açıqlama yayıb.

Vəkil bildirib ki, Avropa Məhkəməsi 13 iş üzrə qərarlarını elan edib: “Bu işlərdən ikisi mənim müdafiə etdiyim Əhəd Məmmədlinin şikayətləri ilə bağlıdır. İki iş üzrə bir qərar çıxarılıb. Məhkəmə 5, 6 və 11-ci maddələrin (azadlıq hüququ, ədalətli araşdırma hüququ və sərbəst toplaşma azadlıqı) pozuntusunu tanıyıb. Kompensasiya məbləqi 13150 avrodur”.

Əsabəli Mustafayev əlavə edib ki, məhkəmə İntiqam Əliyevin apardığı seçki işlərindən 11 üzrə qərarlarını elan edib. Qərarla azad seçki hüququnun pozuntusu tanınıb. Kompensasiya 11000-12000 avro təşkil edir.

O, seçki hüquqlarının pozulanların Qaya Əliyev, Şakir Məmmədov, Fuad Əliyev, Əmrulla Dadaşzadə, Xaliq Hacıyev, Ziyafət Hüseynli, Akif Cavadov, Səxavət Soltanov, Elnur Məcidli, Arzuman Məcidli, İntiqam Əliyevin olduğunu qeyd edib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi 13 iş üzrə qərarlarını elan etdi