“Qarabağ” Almaniya, İsveç və Norveç komandalarına rəqib olub
Sentyabrın 1-də UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” klubunun da püşkatmadan sonra rəqiblərinin adlarına aydınlıq gəlib.
“Köhlən atlar” H qrupunda Almaniyanın “Bayer” (Leverkuzen), Norveçin “Molde” və İsveçin “Haken” klubları ilə mübarizə aparacaq.
Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.
Avropa Liqası, H qrupu
Qarabağ
Bayer (Leverkuzen, Almaniya)
Molde (Norveç)
Haken (İsveç)