Avropa Liqası azarkeşləri səyahətlə mübarizə apararkən Bakıda sakitlikdir

“AP news” qarşılaşma öncəsi Bakıdakı təəssüratlarını bölüşüb

Source: AP

“AP news” qarşılaşma öncəsi Bakıdakı təəssüratlarını

bölüşüb

“Arsenal” və “Çelsi” (Chelsea) futbol komandalarının tərəfdarları Avropa Liqasının finalına qatılmaq üçün uçuş və avtobus biletləri üçün mübarizə apararkən paytaxt Bakının küçələrində sakitlikdir.

Əsas alış-veriş küçəsindəki yalnız futbol topu formalı bitki qabları şəhərdə futbol oyunu keçiriləcəyindən xəbər verir. Çərşənbə axşamı şəhər mərkəzində gözə dəyən xarici futbol tərəfdarlarının əksəriyyətinin Rusiya və ya Cənub-Şərqi Asiyadan olduğu sezilir.

Londonlu tərəfdarlar yüksək səyahət xərcləri səbəbindən Bakıya gələ bilməyiblər. “Arsenal” və “Çelsi” də çərşənbə axşamı oynanılacaq oyun üçün 6000 bileti sata bilməyib. Bu say 68.000 nəfərlik stadionda keçirilməli olan böyük final oyunu üçün qeyri-adi dərəcədə azdır.

Biletlər hələ də alış-veriş mərkəzlərində satışdadır. Satıcılar ən ucuz 30 avroluq (33,50 dollar) biletlərin satıldığını söyləyirlər. Azərbaycan Futbol Federasiyasının mətbuat katibi Firuz Qarayev deyib ki, biletlərin çoxu satılıb və onların heç biri yerləri doldurmaq üçün havayı paylanmayıb.

Bakı “Eurovision 2012” Mahnı Müsabiqəsinə ev sahibliyi etdiyi zaman London tərzi taksilər almışdı, ancaq ətrafda bu oxşarlığı görə biləcək çox az sayda britaniyalı gözə dəyir.

İngiltərənin cənub-şərqindəki Kentdən olan “Arsenal” pərəstişkarları Yan (Lan) və Sara Mekqriqor (Sarah McGregor) Azərbaycana gəlmiş az sayda tərəfdarlardandır. Baha səyahət biletlərini almışkən Sara və Yan ilk öncə Dubaya, daha sonra Bakıya səyahət edərək, Avropa Liqasında iştirak etmələrini ailə tətilinə çeviriblər.

“İnsanlar həqiqətən dostcanlıdırlar. Yeməklər şəhanədir,” -Yan Mekqreqor deyib.

Digər ingilis pərəstişkarlar, klubun dəstəklədiyi rəsmi çarter uçuşlarını istifadə edirlər. Bu uçuşlarla biletlər – 979 funt ($ 1,240) dəyərindədir. Azərbaycan hakimiyyəti Gürcüstandan əlavə avtobuslar təşkil edib. Bir çox ingilis azarkeşin ucuz qiymətli uçuşlarla gəldiyi Tbilisidən Bakıya avtobusla səkkiz saatlıq yol var.

"Mən, həqiqətən, gecə yatmamışam. Tbilisi aeroportunda bir neçə saat yatdıqdan sonra şəhərə gəldim," – Arsenal azarkeşi Tommi Soames (Tommy Soames) deyib və əlavə edib ki, o, iki gündür, İtaliyadan Gürcüstana, ordan isə Bakıya səyahət edir: "Çox yoruldum, amma mən macəranı sevirəm".

Oyunda iştirak etməyəcək tək adam “Arsenal”ın oyunçusu erməni əsilli Henrix Mxitaryandır. O, siyasi səbəblərdən Bakıya gələ bilmir. Ermənistan Azərbaycanla gərgin münasibətlərə sahibdir.

Mxitaryanın köynəyini geyinmiş iki taylandlı dəniz kənarında polislər tərəfindən qısa müddətə saxlanıb. Saxlanma səbəbinin köynək olduğu bəlli deyil. Azarkeşlər qısa zamanda buraxılıblar.

2000 (1).jpeg
Bakıda kafelərdən biri

Meydan TV-nin qeydi: Dağlıq Qarabağ de-fakto Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarəti altında olan Azərbaycanın bir bölgəsidir. 1994-cü ildə bölgədə atəşkəs elan olunub. Qarabağa qonşu olan bəzi rayonlar da etnik erməni qüvvələrinin işğalı altındadır. Münaqişənin həlli üçün beynəlxalq səylər göstərilsə də, indiyədək heç bir nəticə verməyib. Tərəflar arasında hələ də atəşkəs pozulmaları müşahidə edilir.

“Arsenal” final oyunlarının keçirilməsi üçün Bakını seçdiyinə görə UEFA-nı tənqid edib və gələcək ev sahiblərini seçərkən səyahət edən azarkeşləri nəzərə almağa çağırıb.

İngilis tərəfdarları böyük sayda gəlmədikləri təqdirdə mayın 29-da keçiriləcək finalı, Premyer Liqanın necə beynəlxalq bir yarışma olduğunu vurğulamağa kömək edə bilər.

Çərşənbə axşamı səhərdən etibarən dəniz kənarındakı "azarkeşlərin zonası" yaxınlığında yerləşən barlarda olan “Çelsi” tərəfdarlarının əksəriyyəti klubun sahibi Roman Abramoviçin ölkəsi Rusiya Federasiyasındandır.

Tayland, Sinqapur və iranlı azarkeşlər də şəhərdədirlər. Bakı ilə Doha, Abu Dabi və Dubay arasında güclü nəqliyyat əlaqələri olduğundan paytaxtla bu kimi Yaxın Şərq şəhərləri arasında kifayət qədər uçuşlar mövcuddur.

Digər keçmiş Sovet ölkələrindən olanlar “Arsenal” və “Çelsi”ni Londona bilet və Britaniya vizası almadan rahat seyr etmək şansına sahibdirlər.

"Burada tərəfdarlarımızın müşayiəti altında oynamağı daha çox istəyirəm. Kaş “Arsenal”dan və Londondan, “Çelsi”dən daha çox tərəfdarlar gələ bilə,"- “Arsenal”ın direktoru Unay Emeri (Unai Emery) deyib və əlavə edib ki, yerli tərəfdarların komandaya dəstək verməsini də gözləyir.

"“Arsenal” və “Çelsi”nin bütün dünyada çoxlu tərəfdarı var və məncə, stadionda Azərbaycandan və yaxud Azərbaycana yaxın olan ölkələrdən çox tərəfdar ola bilər".

Ana səhifəDünyaAvropa Liqası azarkeşləri səyahətlə mübarizə apararkən Bakıda sakitlikdir