“Avropa liderlərini açılış mərasimində iştirak etməməyə çağırırıq”

Müsavat Partiyası Avropa Oyunları ilə bağlı bəyanat yaydı

Source:


Müsavat Partiyası Avropa Oyunları ilə bağlı bəyanat yaydı

Müsavat Partiyasının Məclisi hələ ötən il Birinci Avropa Oyunları ilə bağlı məsələ müzakirə edərək yarışlardan əvvəl ölkədə siyasi islahatlar həyata keçirilməsə, xüsusilə siyasi məhbuslar azadlığa buraxılmasa, Avropa dövlət rəhbərlərinə oyunların açılış mərasiminə qatılmamaqları üçün müraciət ünvanlayacağı barədə qərar qəbul edib.

Qərar Məclisin 04 aprel 2015-ci il tarixli yığıncağında bir daha təsdiq olunub.

Partiya iyunun 3-də hakimiyyətə çağırışlarının nəzərə alınmadığını əsas tutaraq Avropa ölkərinin hökumət və dövlət rəhbərlərinə çağırış bəyanatı yayıb.

Müsavat Partiyası təəssüflənir ki, Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymadı, Birinci Avropa Oyunları ərəfəsində ölkədə insan hüquq və azadlıqları ilə bağlı vəziyyət daha da pisləşdi, siyasi məhbuslar azadlığa buraxılmadı, siyasi motivli həbslər davam etdirildi. İqtidar bu siyasi davranışı ilə – ölkədə insan hüquqlarını kobud şəkildə pozmaqla, vətəndaşların fundamental hüquqlarını təmin etməməklə, siyasi məhbusları azadlığa buraxmamaqla, faktiki olaraq Birinci Avropa Oyunlarının beynəlxalq birlik tərəfindən boykot olunması üçün ciddi əsaslar yaradıb.

“Bir çox hökumət və dövlət rəhbərlərinin məhz qeyd edilən motivlərlə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməyəcəyi artıq məlum olsa da, Müsavat Partiyası yarışlarla əlaqədar mövqeyini bir daha təsdiq edərək, Avropa ölkərinin hökumət və dövlət rəhbərlərini Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməməyə çağırır”,_deyə bəyanat bu fikirlərlə bitir.

Ana səhifəXəbərlər“Avropa liderlərini açılış mərasimində iştirak etməməyə çağırırıq”