Avropa komissarı Yunusların işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib

“Hüquq müdafiəçiləri qanunverici məhdudiyyətlər, cinayət təqibləri vasitəsilə repressiyalara məruz qalırlar”

Source:


“Hüquq müdafiəçiləri qanunverici məhdudiyyətlər, cinayət təqibləri vasitəsilə repressiyalara məruz qalırlar”

Aprelin 20-də Avropa insan hüquqları komissarı Nils Mujnieks Leyla və Arif Yunusların işilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin mətnini açıqlayıb.

Avropa komissarının məlumatında deyilir ki, bu müraciət 2005-ci ilin fevralında Azərbaycanda tənqidi səslərə qarşı repressiv tədbirlər də daxil olmaqla ifadə və toplaşma azadlığı sahəsində sistematik  çatışmazlıqla  bağlı  beşinci və sonuncu müraciətdir.

“Leyla və Arif Yunusların işləri son illər Azərbaycanı əhatə edən repressiya mənzərəsini nümayiş etdirir. Hüquq müdafiəçiləri qanunverici məhdudiyyətlər, cinayət təqibləri vasitəsilə repressiyalara məruz qalırlar”, – müraciətdə deyilir.


Bu cür hərəkətlər insan hüquqlarını müdafiə etmək üçün Avropa komissarının sərəncamında olan əlavə alətdir. Bunlar Avropa İnsan Hüquqları Məhkəməsinə obyektiv və qərəzsiz informasiya təqdim etmək üçün Avropa İnsan Konvensiyasında nəzərdə tutulub.


Leyla və Arif Yunuslar 2014-cü ilin yayında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq həbs ediliblər. Beynəlxalq  ictimaiyyət onları siyasi məhbus hesab edir.


Həbsin əsl səbəbi kimi Leyla Yunusun 100-ə yaxın siyasi məhbusu azad etmək tələbi və bu məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət etməsi göstərilir.

Ana səhifəXəbərlərAvropa komissarı Yunusların işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib