Avropa komissarı gənc fəallara qarşı zorakılığı pisləyib

Mən hakimiyyəti amansız rəftar haqqında bu iddaların tam və səmərəli araşdırmasının həyata keçirilməsini təmin etməyə çağırıram

Source:
Nils Muižnieks
Nils Muižnieks
Nils Muižnieks
Nils Muižnieks

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks Azərbaycanda gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova qarşı polis zorakılığını pisləyib.

Turan agentliyinə verdiyi şərhdə Mujnieks belə yazıb:

“Bakıda polis bölməsində iki gənc fəala – Bayram Məmmədova və Qiyas İbrahimova qarşı amansız rəftar haqqında məlumatlardan çox narahatam. Gənclər mayın 10-da Azərbaycanın eks-prezidentinin abidəsinə yazı yazdıqdan və bu fotoşəkli sosial şəbəkələrdə yerləşdirdikdən sonra şübhəli narkotik saxlamaq ittihamı ilə saxlanılıblar. Onların vəkili bədənlərində qançırlar görüb, Bayram Məmmədov isə məruz qaldığı amansız rəftar haqqında ətraflı hesabat yazıb.

Mən hakimiyyəti amansız rəftar haqqında bu iddaların tam və səmərəli araşdırmasının həyata keçirilməsini təmin etməyə çağırıram

”.

Ana səhifəXəbərlərAvropa komissarı gənc fəallara qarşı zorakılığı pisləyib