Avropa İttifaqı Xədicə İsmayılın işinə yenidən baxılmasına çağırıb

“Bu həbs Azərbaycanda müstəqil mətbuatın üzləşdiyi ağır durumun göstəricisidir”

Source:


“Bu həbs Azərbaycanda müstəqil mətbuatın üzləşdiyi ağır durumun göstəricisidir”

Avropa İttifaqının yüksək nümayəndəsi Federika Moqerini və genişlənmə məsələləri üzrə komissar Yohans Han Xədicə İsmayılın işinə yenidən baxılmasına çağırıblar.

Yüksək vəzifəli məmurların birgə bəyanatında deyilir: “Bu, Azərbaycanda müstəqil mətbuatın üzləşdiyi ağır durumun göstəricisidir.

Avropa İttifaqı Azərbaycan hakimiyyətini jurnalistin işinə ölkənin götürdüyü beynəlxalq öhdəliklərə tam uyğun olaraq yenidən şəffaf və ədalətli şəkildə baxılmasına çağırır” (Turan İA).

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.

O, sentyabrın 1-də Bakı Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə 7,5 il azadlıqdan məhrum olunub.

Ana səhifəXəbərlərAvropa İttifaqı Xədicə İsmayılın işinə yenidən baxılmasına çağırıb