Avropa İttifaqı siyasi zəmində həbs edilənlərə bəraət verilməsini gözləyir

”Demokratiya və insan haqları ilə bağlı məsələlərin həlli üçün Bakı ilə dialoq davam etdiriləcək”

Source:
Maja Kocijancic
Maja Kocijancic
Maja Kocijancic
Maja Kocijancic


”Demokratiya və insan haqları ilə bağlı məsələlərin həlli üçün Bakı ilə dialoq davam etdiriləcək”

Avropa İttifaqının sözçüsü Maja Kocijanovcic avqustun 13-də şərti azadlığa buraxılan ReAL partiyasının sədri İlqar Məmmədov haqda Şəki Apelyasiya Məhkəməsi qərarını “alqışlanmalı addım” kimi adlandırıb.


Azadliq Radiosu

nun məlumatına görə, o, deyib ki, Avropa İttifaqı və Avropa Şurası birlikdə İlqar Məmmədovla bağlı işi diqqətlə izləyirdi.

“Avropa İnsan Haqları Məhkəməsi qərarlarının tam yerinə yetirilməsi hələ də gözlənir. Avropa İttifaqı hazırda Azərbaycanda siyasi zəmində həbs edilmiş və hərəkətlərinə məhdudiyyət qoyulmuş bütün şəxslərin Azərbaycanın bir BMT, Avropa Şurası və ATƏT üzvü kimi öhdəliklərinə uyğun olaraq azad edilməsini və onlara bəraət verilməsini gözləyir”.

Onun sözlərinə görə, Avropa İttifaqı demokratiya və insan haqları ilə bağlı təməl məsələlərin həlli də daxil Bakı ilə dialoqu və yaxından birgə işi, Azərbaycan xalqı və Aİ-Azərbaycan münasibətləri naminə davam etdirəcək.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Yerli və xarici insan hüquq müdafiəçiləri Azərbaycanda 160 siyasi məhbusun olduğunu iddia etsə də, hakimiyyət bunu rədd edir

Ana səhifəXəbərlərAvropa İttifaqı siyasi zəmində həbs edilənlərə bəraət verilməsini gözləyir