Mənbə: Reuters

Avropa İttifaqı Lukaşenkonun legitimliyini tanımır

Məqalə yeniləndi:  24 Sentyabr 2020

Məqalə "Euroradio" saytında dərc olunub

“Aİ Belarusla münasibətləri yenidən dəyərləndirəcək”

Avropa İttifaqı Aleksandr Lukaşenkonun legitimliyini tanımır. Bu haqda Avropa diplomatiyasının rəhbəri Jozef Borrelin bəyanatında deyilir.

“Aİ 9 avqust 2020 il tarixli saxtalaşdırılmış [prezident] seçkilərinin nəticələrini tanımır”, - mətndə deyilir. - “Buna görə də 23 sentyabr tarixli “inauqurasiya” və Aleksandr Lukaşenkonun qəbul etdiyi yeni mandatın kifayət qədər demokratik legitimliyi yoxdur”.

Jozef Borrel bildirib ki, “Aİ Belarusla münasibətləri yenidən dəyərləndirəcək”. Bəyanatda həm də deyilir ki, “inauqurasiya” belarusların böyük hissəsinin mövqeyinə ziddir və Belarusda siyasi böhranı ancaq dərinləşdirir.

Aİ vurğulayır ki, belarusların azad şəkildə seçdikləri adamlar tərəfindən təmsil olunmaq haqları var. Brüssel “Belarus hakimiyyətinin qəddar repressiyalarına baxmayaraq”, öz hüquqları və demokratiya uğrunda dinc yolla mübarizə aparan belarus xalqının mərdliyinə heyranlığını bildirir. Aİ ümid edir ki, rəsmi Minsk repressiyalar və zorakılığa son qoyacaq. Avropa İttifaqı Belarusda milli dialoq və ATƏT-in müşahidəçiliyi altında yeni seçkiləri dəstəkləyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lit7hx

Ən çox baxılan