Birlik bəyanat yayıb
Avropa İttifaqı Gəncədə hörmət qazanmış QHT-nin lideri Həsən Hüseynli barəsində hökmdən narahatdır. O, qondarma xuliqanlıq ittihamı ilə uzunmüddətli həbs cəzası alıb.
Bu barədə Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir.
Avropa İttifaqı Azərbaycanın Avropa Şurası Nazirlər Şurası Komitəsinə sədrlik etdiyi bir vaxtda “məsuliyyətli” davranacaq və AŞ üzvü kimi öz öhdəliklərinə “hörmət edəcək” – deyə bəyanatda qeyd edilib.