Avropa İttifaqı Ermənistanın təklifini rədd etdi

Frederika Mogerini: “Danışıqlarda heç bir ilkin şərt olmamalıdır”

Source: google.az

Frederika Mogerini: ''Danışıqlarda heç bir ilkin şərt olmamalıdır''

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqının “Avropa qonşuluğu və genişlənmə” məsələləri üzrə komissarı Yoxanes Xanla görüşdən sonra keçirdiyi

mətbuat konfransı

nda Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan danışıqları barədə məlumat verib.

O deyib ki, İlham Əliyevlə danışıqların formatı barədə müzakirələr aparacaq.

“Siz bilirsiniz ki, indiyə qədər olan əlaqələrimiz qeyri-formal xarakter daışıyırdı. Biz ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin həllinin üsulları və incəlikləri barədə danışmamışıq. Bizim gələcək görüşümüzdə həmçinin danışıqların formatı da müzakirə olunacaq. Hesab edirik ki, məsələnin həlli üçün effektli format olmalıdır və Dağlıq Qarabağ bu danışıqlarda iştirak etməlidir”.


Avrokomissar Yoxanes Xan

isə Ermənistanın bu təklifini rədd edərək, mətbuat konfransında cavabında Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda formatın dəyişdirilməsinə ehtiyac olmadığını deyib.

“Paşinyanın Baş nazir postunda olduğu müddət ərzində yeni görüşlər, o cümlədən xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. Bu artıq proqresdir. Danışıqların formatına gəlincə isə, biz hesab edirik ki, hazırki formanı saxlamaq, yenisini yaratmaq lazım deyil”.

Y.Xan bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə hansı formada əməkdaşlığa dəstək vermək barədə düşünürlər.

“Hesab edirik ki, regionda şəraitin yaxşılaşdırılması üçün fürsət var”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Frederika Mogerini isə Paşinyanla görüşdə Dağlıq Qarabağ üzrə danışıqların hər hansı bir ilkin şərt olmadan aparılmasının vacibliyini deyib.


Avropa İttifaqı

nın xarici əlaqələr üzrə xidmətinin saytında görüş barədə məlumatda deyilir:

“Mogerini Paşinyanın Azərbaycanla danışıqlarda hər hansı bir əlavə şərt olmadan, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə iştirakının tərəfində olduğunu bildirib”.

Ana səhifəDünyaAvropa İttifaqı Ermənistanın təklifini rədd etdi