Avropa İttifaqı Ermənistan vertolyotunun vurulmasına münasibət bildirib

Qurum münaqişə tərəflərini təmkinli olmağa çağırıb

Source:


Qurum münaqişə tərəflərini təmkinli olmağa çağırıb

 Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. APA-nın xəbərinə görə, xidmətin açıqlamasında bildirilir ki, tərəflərin vəziyyəti gərginləşdirəcək istənilən hərəkətlərdən və bəyanatlardan çəkinməsi zəruridir: “Biz baş vermiş insidentin araşdırılmasına çağırırıq”.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupuna və 3 həmsədrin səylərinə tam dəstəyini ifadə edib. Brüsseldən bildirilib ki, hər iki tərəf atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməlidir.

Ana səhifəXəbərlərAvropa İttifaqı Ermənistan vertolyotunun vurulmasına münasibət bildirib