Avropa İttifaqı Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb

”Məhkəmə qərarı Azərbaycanda əsas azadlıqların həyata keçməsində problemlərin olduğunu göstərir”

Source:
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)


”Məhkəmə qərarı Azərbaycanda əsas azadlıqların həyata keçməsində problemlərin olduğunu göstərir”

“Jurnalist Əfqan Muxtarlının məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda əsas azadlıqların, o cümlədən söz azadlığı, mətbuat azadlığı və lazımi hüquqi prosedurların yerinə yetirilməsi azadlıqlarının həyata keçirilməsində problemlərin olduğunu göstərir”.

Bu barədə Avropa İttifaqının bəyanatında

deyilir.

Bəyanatda qeyd edilir ki, Ə.Muxtarlının Gürcüstandan oğurlanması ehtimalı, Azərbaycanda həbs edilib, məhkəmə qarşısına çıxarılması bundan sonra da dəqiq və şəffaf araşdırmanı tələb edir.

“Fundamental azadlıqların reallaşması ilə bağlı Azərbaycanda azadlıqdan məhrum edilmə ilə müşaiyət olunan bütün hallar təcili olaraq baxılmalıdır və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu şəxslər azadlığa buraxılmalıdırlar”, bəyanatda deyilir.

Yanvarın 12-də Balakən məhkəməsinin qərarı ilə jurnalist Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum

edilir.

O, dövlət sərhədini qanunsuz keçmədə, qanunda icazə verilən miqdardan artıq gömrük rüsumu ödəmədən ölkəyə xarici valyuta gətirməkdə və saxlanılan zaman dövlət rəsmisinə xəsarət yetirmədə təqsirli bilinib.

Əfqan Muxtarlı ittihamları qəbul etməyərək, 2017-ci ilin mayında Gürcüstandan oğurlanaraq Azərbaycana gizli yollarla gətirildiyini, həbsinin onun jurnalist və siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq təşkilatlar Əfqan Muxtarlını siyasi məhbus hesab edirlər.

Ana səhifəXəbərlərAvropa İttifaqı Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb