Avropa İttifaqının yeni rəhbərliyi

Mənbə: Foto: Turan İA

Başlıq: Avropa İttifaqının yeni rəhbərliyi

Avropa İttifaqı-Azərbaycan münasibətlərində hər şey yenidən başlayacaq?

Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də Aİ-nin yeni seçilən rəhbərlərini - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni təbrik edib.Dövlət başçısı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da hər iki tərəfin maraqlarına uyğun şəkildə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib."Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik", deyə Əliyev qeyd edir.Daha iki yeni seçilən şəxsi - Aİ-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Fontelyes və Avropa Parlamentinin sədri David Sassolini qeyd etmək lazımdır.

Beləliklə, Əliyev Aİ ilə münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyini bildirərkən münasibətlərin olduğu kimi qalacağı haqqında mesaj verir. Buna görə əməldə deyil, sözdə uğur 1997-ci ildə müqavilə münasibətlərinin qurulduğu andan etibarən Aİ-Azərbaycan münasibətlərində real vəziyyət olaraq qalır.

Aİ-nin Azərbaycandan enerji resursları idxalının şaxələndirilməsi məqsədilə istifadə etdiyi, Bakının isə postsovet məkanının hüdudlarından kənarda enerji bazarlarına çıxış əldə etdiyi nəzərə alınmaqla uzadılan energetika layihələri istisna olmaqla, məsələ bundan o tərəfə getməyib. Azərbaycan Avropanın strateji "Şərq Tərəfdaşlığı" proqramında autsayderlər arasındadır, müxtəlif bəhanələrlə Aİ ilə köhnəlmiş sovet müqaviləsinin yerinə yeni sazişin imzalanmasını uzadır. Bundan başqa, avrointeqrasiya prosesi rəsmi Bakı tərəfindən bloklanır. Azərbaycan, demək olar ki, ikitərəfli xarakterli öhdəliklərini yerinə yetirmir. Buraya ÜTT-ə daxil olmaqdan, Aİ vətəndaşları üçün viza rejiminin sadələşdirilməsindən, "açıq səma" aviasiya sazişinin imzalanmasından, demokratik islahatlar aparılmasından, insan hüquqlarının müdafiəsindən, qanunun aliliyinin, toplaşmaq azadlığının təmin edilməsindən imtinanı və s. aid etmək olar.

Tuskun, Yunkerin, Mogerininin şəxsində vəzifələrini tərk edən Aİ yüksək xadimləri son ana qədər bu ilin yazında Aİ-nin Azərbaycanla yenilənmiş sazişinin imzalanacağına ümid edirdilər. Amma Azərbaycan tərəfin vədləri ilə dolu uzanan danışıqlar özünü doğrultmadı. Göründüyü qədər, mülahizə "axsaq ördək" amilinə əsaslanırdı və Əliyev vaxt qazanaraq, Aİ rəhbərliyində dəyişikliklər məqsədinə nail oldu. İndi hər şey yenidən başlayacaq, bu da Azərbaycan prezidentinə daha bir neçə illik manevr üçün zaman və meydan verir. Amma Əliyevin Azərbaycanı Avropa siyasi-iqtisadi məkanına daxil etməyə çalışan düşməni (rəsmi dəhlizlərdə Aİ məhz düşmən kimi görülür) əldən salma taktikası işə yarayacaq?

Aİ-nin yeni yüksək vəzifəli rəhbərləri birmənalı olaraq avtoritar Rusiyanı, Azərbaycanın mühüm müttəfiqini postsovet məkanında Avropa siyasətinin düşməni kimi qəbul edir və Kremlin Avropa məkanında əks-hücum addımları təhdidini dərk edir, bu, Avropa ölkələrində ixtilaf yaratmaq cəhdlərində, qisas addımlarının atılmasında və geniş miqyaslı dezinformasiya müharibəsində özünü büruzə verir.

Biz onların Azərbaycana baxışları haqqında heç nə bilmirik. Amma Bakının mikromiqyasda Moskva ilə eyni oyunu oynadığını nəzərə alsaq, Aİ-nin yeni rəhbərliyinin və Azərbaycanın köhnə rəhbərliyinin münasibətlərinin soyuq olmasa da, sərin olacağını gözləmək olar. Soyuq müharibədən danışmaq istəməzdim, amma Brüsselin münasibətlərinin səmimi olmayacağına şübhə etməyə dəyməz.

Bəlkə də Bakı Aİ-nin icra qolunun iki və ya üç rəhbərinin güzəşt ustaları olaraq məşhur olmasına ümid edir, bu da avrointeqrasiya danışıqlarını uzatmaq üçün geniş meydan və zaman verir.

Şarl Mişel güzəşt ustası kimi məşhurdur, bu, Belçika böhranının həllində özünü büruzə verib, həmin vaxt o, dörd partiyadan ibarət nazirlər kabinetinə rəhbərlik etməyə müvəffəq olub.

İspaniyanın keçmiş XİN başçısı Jozep Borrel əks tərəflərin fikirləri və mövqeləri arasında məharətlə tarazlıq yaratmaq bacarığı ilə məşhurlaşıb, bu, İspaniya və Avropa xarici siyasətinin xarici siyasi aspektlərində özünü göstərib. O, "Avropanın köhnə düşməni" adlandırdığı Moskva ilə yaxınlaşmanın tərəfdarıdır. O, postsovet məkanında Kremlin əməllərinə anlayışla yanaşır, amma, eyni zamanda, Ukraynaya Rusiyanın təzyiqinə qarşı müqavimət göstərməyin yolları ilə bağlı məsləhətlər verir.

Amma xanım Ursula fon der Lyayenin prinsipial mövqeyi bu tarazlığı ört-basdır edir. Baltika ölkələrinin birliklə onun Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsini alqışlaması öz sözünü deyir. AFR-in keçmiş müdafiə naziri kimi o, Krımın ilhaqına və Donbassda separatçılığa dəstəyə görə Rusiyaya qarşı sanksiyaların qeyd-şərtsiz tərəfdarı olub. Bu mövqe yalnız Kreml bu siyasətdən əl çəkdiyi təqdirdə dəyişə bilər.

Əlbəttə, Avropa tarixində bu halda şəxsiyyətlərin rolunu nəzərə almamaq olmaz. Amma Aİ-nin avtoritar metodlarla idarə olunan birlik deyil, balanslanmış hakimiyyət institutları və vahid dəyərlər əsasında yaradılmış təşkilat olduğunu nəzərə almaq lazımdır. Bu halda Aİ-nin yeni seçilmiş rəhbərləri birliyin iradəsini və maraqlarını təşviq edəcək, o cümlədən postsovet məkanında, xüsusən də Azərbaycanda.

Nəzərə almaq lazımdır ki, SSRİ dağıldıqdan sonra Brüssel keçmiş sovet respublikalarının Avropa İttifaqına və NATO-ya inteqrasiyası kursu götürüb. Bu prosesi ziddiyyətli və fərqli sürətlə, amma verilmiş istiqamətdə gedir.

2016-cı il iyunun 28-də Brüsseldə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti sahəsində yeni strategiyasını təqdim edib. "Birgə baxış, birgə hərəkət: daha güclü Avropa" adlı bu 56 səhifəlik sənədə həmçinin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərin dərinləşdirilməsi strategiyası da daxildir, burada proqramın iştirakçısı olan 6 ölkənin hamısı ilə assosiasiya sazişinin həyata keçirilməsinə mühüm yer verilir. Strategiyada deyilir ki, Aİ "Şərq qonşularının" "möhkəmliyinin artırılması" üzərində işləyəcək və onların Aİ-yə öz yanaşmalarını "azad şəkildə müəyyən etmək" hüququnu müdafiə edəcək.

Moskva "möhkəmlik" dedikdə Rusiyaya qarşı müqavimət göstərmək və Rusiyanın təsir dairəsindən çıxmaq bacarığını başa düşür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p2o70m

Ən çox baxılan