Məhkəmə Namizəd Səfərovun, Zəlimxan Məmmədlinin və Fuad Qəhrəmanlının xeyrinə 10 min avro məbləğində mənəvi ziyana görə cərimə təyin edib
Avropa İnsan Hüquqqları Məhkəməsi 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı deputatlığa namizəd olmuş Fuad Qəhrəmanlı, Namizəd Səfərov və Zəlimxan Məmmədlinin işi üzrə qərar qəbul etmişdir. Qərar Qəhrəmanlı və digərlərinin işi adlanır.
Avropa İnsan Hüquqları məhkəməsi hər üç şikayətçinin 2010-cu ildə parlament seçkiləri zamanı qarşılaşdıqları qanun pozuntularını araşdıraraq onların xeyrinə qərar çıxarıb. Qərarın mətni ilə tanış olduqda görünür ki, məhkəmə işin bütün hallarını obyektiv və hərtərəfli surətdə araşdıraraq seçki prosesi zamanı baş vermiş bütün kobud qanun pozuntularını dəqiqliklə qeyd etmişdir. Məhkəmə hər bir şikayətçinin xeyrinə 10 min avro məbləğində mənəvi ziyana görə cərimə təyin edib.
Ötən parlament seçkilərində Fuad Qəhrəmanlı, Zəlimxan Məmmədli və Namizəd Səfərovun namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasınının nümayəndəsi Hüsenbala Mirələmov deputat seçilib. Hal-hazırda da həmin dairədən YAP-ın namizədidir.
azadliq.info