Avropa Hotelində qətl

Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın baş məşqçisi Ruslan Əfəndiyev yaralanıb

Source:


 Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın baş məşqçisi Ruslan Əfəndiyev yaralanıb

Nəsimi Rayon Polis İdarəsindən

APA

-ya verilən məlumata görə, hadisə ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb.

Hotelin nəzdində yerləşən idman zalında naməlum şəxs münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Ruslan Əfəndiyev Azərbaycan MMA (qarışıq döyüş növləri) üzrə komandanın baş məşqçisi, Azər Məmmədov “Zamin Bank”ın Nəsimi rayon filialının müdiridir.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib.

Hazırda polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Ana səhifəXəbərlərAvropa Hotelində qətl