”Avropa bizə təzyiq edir, ona görə belə hökm oldu”

İlahə Mədətova: “Bizə Bakı şəhər prokuroru Əziz Seyidov da demişdi ki, Avropa bizə bu işlə bağlı təzyiq edir”

Source:

İlahə Mədətova: “Bizə Bakı şəhər prokuroru Əziz Seyidov da demişdi ki, Avropa bizə bu işlə bağlı təzyiq edir”

Jurnalist Rasim Əliyevin məhkəmə işi ilə bağlı hökm oxunduqdan sonra təqsirləndirilən şəxslərin yaxınları Prezident Administrasiyasının qabağına gediblər. Etiraz edən valideynlər bildirib ki, hökm ağır olub və övladları buna layiq deyil.

Təqsirləndirilən Kənan Mədətovun anası İlahə Mədətova Meydan TV-ə bildirib: “Bizi orada Prezident Administrasiyasının rəsmiləri qəbul etdi. Bizə bildirdilər ki, Avropa Şurasından bu işlə bağlı bizə təzyiq var. Elə Bakı şəhər prokuroru Əziz Seyidov da eyni sözü demişdi. Yenə bildirdilər ki, Avropadan təzyiq olduğu üçün övladlarınıza hökm ağır olub. Biz sizə heç bir köməklik edə bilmərik”.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Beləliklə, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il, Samir Mustafayev 9 il, Kənan Mədətov 9  il azadlıqdan məhrum ediliblər.

Samir Mustafayevlə Kənan Mədətovun digər təqsirləndirilən şəxslərlə əlbir olduğu sübuta yetirilmədiyindən onların ittiham olunduğu maddələr CM-nin 32.5 və 126-cı maddələri ilə tövsif olunub.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Jurnalist xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulublar. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Ana səhifəXəbərlər”Avropa bizə təzyiq edir, ona görə belə hökm oldu”