Görüşdə Azərbaycandakı siyasi vəziyyət, AİHM-in qərarının icra edilməsi və qarşıdan gələn parlament seçkiləri müzakirə edilib
Avqustun 30-da REAL Hərəkatının sədri İlqar Məmmədov Binə qəsəbəsindəki 2 Saylı Cəzaçəkmə müəssəsində Avropa Birliyinin Azərbaycandakı səfiri xanım Milena Mard ilə görüşüb.
Bu barədə cumhuriyyet.org saytı məlumat yayıb. Məlumata görə, görüşdə Azərbaycandakı siyasi vəziyyət, AİHM-in qərarının icra edilməsi və qarşıdan gələn parlament seçkiləri müzakirə edilib.