Avropa Birliyinin prezidenti: ”Polexit” baş verə bilər

Avropa İttifaqında rəsmi Varşavadan narazıdırlar

Source:
Donald Tusk
Donald Tusk

Avropa İttifaqında rəsmi Varşavadan narazıdırlar

Polşa rəsmi Brüssellə münaqişəsinə görə Avropa Birliyindən çıxa bilər.

Britaniyanın “Ekspress” nəşrinin yazdığına görə, bunu hazırda Avropa Birliyinin şurasının sədri (Avropa Birliyinin prezidenti), polşalı siyasətçi Donald Tusk deyib.

Onun sözlərinə görə, “Polexit”in baş verməsi təhlükəsi var.

D.Tusk qeyd edib ki, Polşanın hakim partiyasının sədri Yaroslav Kaçinski mümkün həddin üzərindədir və kiçik bir səhvi ucbatından Polşanın Avropa Birliyindən çıxmasına səbəb ola bilər.

“Mən, qorxuram ki, Avropanın Polşanı nəyin bahasına olursa olsun saxlamaq arzusu Britaniyanı saxlamaq arzusu kimi olmasın”, D.Tusk deyib.

Nəşr qeyd edir ki, Avropa Birliyindən çıxmaq məsələləri Polşada son zamanlar tez-tez müzakirə edilir və bu, ölkədə gedən islahatların tənqidi fonunda baş verir.

Avropa Komissiyası Polşanın hakim “Hüquq və ədalət” partiyasının məhkəmə sistemini modernləşdirmək barədə qərarından narazı qalıb. Burada hesab edirlər ki, yeni qəbul olunan qanunlar hüququn aliliyi prinsipini pozur və siyasi hakimiyyətə məhkəmə hakimiyyəti üzərində nəzarətə imkan verir.

Ötən ilin sonunda Avropa Komissiyası rəsmi Varşavanın Avropa İttifaqı şurasında səsvermə hüququnu məhrum edə bilən prosedura başlayıb. Avqust ayında Avropa Komissiyası Polşa hakimiyyətinə məhkəmə islahatlarını Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaq üçün bir ay vaxt verib.

Bundan başqa Brüsseldə Polşanın miqrantları qəbulundan imtina etməsinə və əvvəllər Polşanın Baş naziri postu tutmuş D.Tuskun siyasətindən narazıdırlar. D.Tuskun Polşada əsasını qoyduğu “Vətəndaş platforması” partiyası əsas müxalifət partiyasıdır.

Ana səhifəXəbərlərAvropa Birliyinin prezidenti: ”Polexit” baş verə bilər