Avropa Birliyindən Azərbaycan hakimiyyətinə demokratiya və insan haqları çağrışı

Sənəddə son vaxtlar Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi, təmas xəttində baş verən silahlı insidentlər və itkilərdən narahatlıq bildirilir

Source:


Sənəddə son vaxtlar Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi, təmas xəttində baş verən silahlı insidentlər və itkilərdən narahatlıq bildirilir

Avropa Komissiyası martın 25-də Avropa yaxın qonşuluq proqramına daxil olan ölkələrlə bağlı növbəti hesabatını yayıb.

Hesabat 2014-cü ildə bu ölkələrdə qüsurlar və əldə olunmuş uğurları əhatə edir.

Hesabatın Azərbaycana aid hissəsində bu ölkədə demokratiyaya keçid, insan haqları və fundamental azadlıqlar sahəsində kəskin geriləmə olduğu bildirilir.

Hesabatda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin kəskin məhdudlaşdırıldığı,bir sıra tanınmış hüquq müdafiəçilərinin həbsə atıldığı, onların ölkədən çıxışına qadağa qoyulduğu və bank hesablarının dondurulduğu qeyd olunur.

Avropa Birliyi Azərbaycan hakimiyyətini demokratiya və insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa və vətəndaş cəmiyyəti üçün daha yaxşı siyasi və hüquqi şərait yaratmağa çağırır.

Sənəddə həmçinin son vaxtlar Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi, təmas xəttində baş verən silahlı insidentlər və itkilərdən narahatlıq bildirilir.

 azadliq.org

Ana səhifəXəbərlərAvropa Birliyindən Azərbaycan hakimiyyətinə demokratiya və insan haqları çağrışı