Avropa Birliyi: Yeni dəmir yolu ticarətin artmasına səbəb olacaq

”Bakı-Tbilisi-Qars dəhlizini alqışlayırıq”

Source:


”Bakı-Tbilisi-Qars dəhlizini alqışlayırıq”

“Avropa Birliyi yeni dəmir yolu dəhlizini alqışlayır”.

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı yaydığı açıqlamada belə deyilir.

“Layihə infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə, bağlantıların daha yaxşı qurulmasına, ticarətin artmasına səbəb olacaq”, – AB-nin açıqlamasında qeyd edir.

Açıqlamada Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı AB, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi sahəsində böyük addım kimi dəyərləndirilir.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə 2016-cı il oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları ayrılıb. ADNF builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayırıb. Üstəlik, dəmiryolunun inşası layihəsinə görə, Gürcüstana 20 il müddətinə 200 milyon dollar faizsiz kredit verib.

Oktyabrın 30-u Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub.

BTQ dəmir yolu xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Dəmir yolunun açılışı dəfələrlə ertələnmişdi.

Ana səhifəXəbərlərAvropa Birliyi: Yeni dəmir yolu ticarətin artmasına səbəb olacaq