Avronun kursu tarixdə ilk dəfə 100 rublu keçib

Mərkəzi Bankının kursu saxlamaq səylərinə baxmayaraq, Rusiyanın milli valyutası durmadan ucuzlaşmağa davam edir

Source:


Mərkəzi Bankının kursu saxlamaq səylərinə baxmayaraq, Rusiyanın milli valyutası durmadan ucuzlaşmağa davam edir

Dekabrın 16-da Rusiya valyuta bazarında rubl rekord dərəcədə ucuzlaşıb.

Tarixdə ilk dəfə avronun kursu 100 rublu keçib. Moskva saatı ilə 15:13-də Avropa valyutasının kursu 21,5 rubl yüksələrək, 100,74 rubla çatıb.

Həmin vaxt dolların kursu 80 rubla çatıb (21 rubl yüksəlib).

RF Mərkəzi Bankının kursu saxlamaq səylərinə baxmayaraq, Rusiyanın milli valyutası durmadan ucuzlaşmağa davam edir.

Dünyada neft qiymətlərinin azalması fonunda rubl kəskin şəkildə ucuzlaşır. Belə ki, çərşənbə axşamı bir barel neftin qiyməti 59 dollara düşüb.

PRAYM qeyd edir ki, neft qiymətlərinin ucuzlaşması neftdən asılı olan səhmlərin və valyutaların qiymətini azaltmaqda davam edir. Beləliklə, çərşənbə axşamı rubl təxminən 30 faiz ucuzlaşıb.

Ana səhifəXəbərlərAvronun kursu tarixdə ilk dəfə 100 rublu keçib