Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,97 faiz azalaraq 0,0205 manat səviyyəsində müəyyənləşib
Bu gün fevralın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 5-i ilə müqayisədə 0,0034 manat və ya 0,21 faiz azalaraq 1,5819 səviyyəsində müəyyən olunub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0139 manat və ya 0,78 faiz zəifləyərək 1,7610 manata düşüb.
Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,97 faiz azalaraq 0,0205 manat səviyyəsində müəyyənləşib.