Aprelin 13-ü ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib.
Trend-in məlumatına görə, ölkəmizdə dolların rəsmi məzənnəsi 1.0514 (aprelin 13-u 1.0537) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası ucuzlaşaraq 1.1106 (1.1161) manat olub.