Avro ucuzlaşıb

Hərracda dolların məzənnəsi dəyişməz qalıb

Source:


Hərracda dolların məzənnəsi dəyişməz qalıb

İyulun 6-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın məlumatına görə, hərracda dolların məzənnəsi 1,7022 manat səviyyəsində qalıb.

Əhali kommersiya banklarına dolları 1,67-1,6950 manata sata, 1,6970-1,71 manata ala bilər.

Avronun məzənnəsi isə həftə boyunca bir qədər ucuzlaşır. İyulun 6-na ümumavropa valyutasının məzənnəsi 1,9302 manat olub. İyulun 5-də 1 avro 1,9328 manata bərabər idi.

Kommersiya bankları avronu 1,93-1,95 manata satır, 1,88-1,92 manata alır.

Ana səhifəXəbərlərAvro ucuzlaşıb