Avro manata qarşı zəifləyib, dolların məzənnəsi sabit qalıb

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,46 faiz azalaraq 0,0215 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,46 faiz azalaraq 0,0215 manat səviyyəsində qərarlaşıb

Bu gün dekabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 30-u ilə müqayisədə 0,10 faiz və ya 0,0016 manat artaraq 1,5610 manat olub.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla dekabrın 30-da manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,89 faiz və ya 0,0151 manat azalaraq 1,6895 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,46 faiz azalaraq 0,0215 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro manata qarşı zəifləyib, dolların məzənnəsi sabit qalıb