Dollar 0,15 faiz bahalaşıb
Bu gün yanvarın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 13-ü ilə müqayisədə 0,0024 manat və ya 0,15 faiz artaraq 1,5706 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,74 faiz və ya 0,0126 manat artaraq 1,7106 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,49 faiz artaraq 0,0204 manat səviyyəsində qərarlaşıb.