Avro 2 aylıq maksimumu yeniləməyə yaxındır

Dollar 0,03 faiz ucuzlaşıb, avro 0,54 faiz bahalaşıb

Source:


Dollar 0,03 faiz ucuzlaşıb, avro 0,54 faiz bahalaşıb

Bu gün dekabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi ucuzlaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 14-ü ilə müqayisədə 0,0003 manat və ya 0,03 faiz azalaraq 1,0491 manat olub.

Sonuncu dəfə bu göstərici noyabrın 3-də qeydə alınıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0062 manat və ya 0,54 faiz bahalaşaraq 1,1563 manata yüksəlib. Noyabr-dekabr ayları ərzində avronun məzənnəsində ən yüksək göstərici noyabrın 3-də və 4-də qeydə alınıb: müvafiq olaraq 1,1558 və 1,1571 manat. Beləliklə, avronun məzənnəsi 2 aylıq maksimumu yeniləməyə yaxındır.

Manata nəzərən Rusiya rublunun məzənnəsi ötən gün olduğu kimi, yəni, 0,0149 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro 2 aylıq maksimumu yeniləməyə yaxındır