Avro 1,97 faiz bahalaşdı

Source:

 Bu gün iyunun 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.

 ”

APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0012 manat və ya 0,11 faiz ucuzlaşaraq 1,0484 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0226 manat və ya 1,97 faiz bahalaşaraq 1,1696 manat olub.

Ana səhifəXəbərlərAvro 1,97 faiz bahalaşdı