Avro 1,95 faiz ucuzlaşıb, dollar 0,11 faiz artıb

Bu gün oktyabrın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib

Source:


Bu gün oktyabrın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 23-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 22-si ilə müqayisədə 0,0012 manat və ya 0,11 faiz artaraq 1,0487 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0232 manat və ya 1,95 faiz azalaraq 1,1655 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,20 faiz artaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro 1,95 faiz ucuzlaşıb, dollar 0,11 faiz artıb