Avro 1,16 faiz bahalaşıb

Source:

Bu gün aprelin 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0007 manat və ya 0,07 faiz ucuzlaşaraq 1,0487 manata düşüb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0134 manat və ya 1,16 faiz bahalaşaraq 1,1644 manat olub.

Ana səhifəXəbərlərAvro 1,16 faiz bahalaşıb