Avro 1 faizdən artıq ucuzlaşıb

Source:

Bu gün iyulun 11-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06 faiz bahalaşaraq 1,0492 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0124 manat və ya 1,06 faiz ucuzlaşaraq 1,1550 manat olub.

Ana səhifəXəbərlərAvro 1 faizdən artıq ucuzlaşıb