Avro 0,77 faiz bahalaşıb, dollar isə 0,04 faiz ucuzlaşıb

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0167 manat səviyyəsində qərarlaşıb

Source:


Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0167 manat səviyyəsində qərarlaşıb

Bu gün oktyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz azalaraq 1,0469 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0092 manat və ya 0,77 faiz artaraq 1,2019 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0167 manat səviyyəsində qərarlaşıb.

Ana səhifəXəbərlərAvro 0,77 faiz bahalaşıb, dollar isə 0,04 faiz ucuzlaşıb